Bu şəhərə 1 ildə 300 milyon turist gəlib


Dünya 11 Mar 2018 14:21:00 297 0

Bu şəhərə 1 ildə 300 milyon turist gəlib

Ötən il Çinin paytaxtı Pekinə 297 milyon yerli və xarici turist səfər edib. Bu rəqəm əvvəlki illə müqayisədə 4,3 faiz çoxdur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Pekin bələdiyyəsinin turizm komissiyasının rəhbəri Sun Yü keçən il şəhərin turizm sektorunun dövriyyəsinin 546,9 milyard yuana (86,4 milyard ABŞ dolları) çatdığını bildirib. Ötən il şəhərdə 171 yeni turizm proqramı icra olunub. Bundan başqa, əcnəbi turistlər üçün Çin təbabəti, muzey və tarixi abidələrlə bağlı marşrutların sayı artırılıb.