Azərbaycanda güzəştli biznes kreditləşməsinin həcmi artırıla bilər (ÖZƏL)


Digərləri 11 Mar 2018 14:30:00 253 0

Azərbaycanda güzəştli biznes kreditləşməsinin həcmi artırıla bilər (ÖZƏL)

Azərbaycan İqtisadiyyat Nazirliyi nəzdində Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2018-ci il üçün biznesin güzəştli kreditləşməsinin həcmini artıra bilər

Bakı. İlkin Şəfiyev - Azərbaycan İqtisadiyyat Nazirliyi nəzdində Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2018-ci il üçün biznesin güzəştli kreditləşməsinin həcmini artıra bilər. Bu barədə Trend-ə SKMF-un direktoru Şirzad Abdullayev məlumat verib. Azərbaycanın 2018-ci il üçün təsdiq olunmuş dövlət büdcəsinə əsasən, bu il SKMF xətti ilə 170 milyon manat dəyərində güzəştli kreditlərin ayrılması planlaşdırılır. "Bizim əlavə maliyyə vəsaitlərimiz var. Yəni, biz öz tərəfimizdən 2018-ci ildə maliyyələşdirilmənin həcmini 200 milyon manatadək artıra bilərik. Bu məsələdə hər şey banklar və sahibkarlar arasında razılaşmalardan asılıdır", - deyə o qeyd edib.