Buraxılış imtahanının birinci mərhələsi keçirildi
Digərləri 11 Mar 2018 14:08:00 265 0
x
9-cu sinif şagirdləri üçün buraılış imtahanının birinci mərhələsi keçirilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) Son.az-a verilən məlumata görə, Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samu, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaı, Kürdəmir, Ağdam, Yevla, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraılış imtahanının birinci mərhələsini keçirib.
İmtahan 2 saat müddətində aparılıb. İnşa yazan şagirdlərə test tapşırıqlarını cavablandırmaq üçün ayrılmış 2 saatlıq müddət qurtardıqdan sonra 30 dəqiqə əlavə vat verilib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə salanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Martın 12-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqələrinin emalına başlanılacaq. Yazı işləri (imtahan cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yolama) zallarında, qapalı şəraitdə, kompüter arasında markerlər tərəfindən yolanılacaqdır. Yazı işlərinin yolanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəəssisləri tərəfindən hazırlanıb.