Belorusda şaxtada dağıntılar altında qalan iki şaxtaçı ölüb


Dünya 11 Mar 2018 12:23:00 262 0

Belorusda şaxtada dağıntılar altında qalan iki şaxtaçı ölüb

Martın 9-da Belorusda şaxtada dağıntılar altında qalan iki şaxtaçı ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün "Belaruskaliy" şirkətinin direktoru İvan Qolovatıy bildirib.

Cümə günü 10 saylı sahədəki şaxtada qəfil qaz püskürməsi baş verib. Həmin vaxt şaxtada  1973 və 1985-ci il təvəllüdlü iki fəhlə olub. Bu gün onların cəsədləri dağıntılar altından çıxarılıb.