Yevlaxda şagirdləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 19 məktəbli xəsarət alıb - YENİLƏNİB


Sosial 11 Mar 2018 11:50:00 257 0

Yevlaxda şagirdləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 19 məktəbli xəsarət alıb - YENİLƏNİB

Yaralılardan 2-nin vəziyyəti ağırdır

Yevlaxda şagirdləri daşıyan "Vito" markalı mikroavtobusun Yevlax şəhərində, toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, onlar 2003-cüil təvəllüdlü şagirdlərdir.

Hadisə zamanı xəsarət alanlardan 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. Digər 6 yaralıda müxtəlif dərəcəli xəsarətlər qeydə alınıb.

Daha 5 yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Onların yaxın saatlarda Bakıya gətiriləcəyi gözlənilir. 

***10:06

Yevlaxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, şagirdləri daşıyan "Vito" markalı mikroavtobus Yevlax şəhərində, toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşaraq daha sonra maneəyə çırpılıb.

Hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. 

Qeyd edək ki, şagirdlər Yevlağın Aran-1 qəsəbəsi sakinləridir.

Faktla bağlı araşdırma aparılır.