Robert Levandovski də 100-ə çatdı


İdman 11 Mar 2018 11:43:00 275 0

Robert Levandovski də 100-ə çatdı

Almaniya Bundesliqasının 26-cı turunda "Hamburg"la qarşılaşan "Bayern Munhen" 6:0 hesablı qələbə qazanıb. Münhen klubunun hücumçusu Robert Levandovski het-trikə imza atıb. Goal.az xəbər verir ki, 29 yaşlı forvard Bundesliqada "Bavariya"nın forması ilə 100-cü qolunu vurub. Levandovski bu baxımdan "Bayern Munchen"in 6-cı futbolçusu olub. Daha öncə Tomas Müller və Diter Heness (102), Karl-Haynz Rummenige (162), Ronald Volfhart (199) və Qert Müller (365) də 100 qol həddini keçmişdi.