Qazaxda 2 balıqçı göldə batıb - YENİLƏNİB


Sosial 11 Mar 2018 11:33:00 223 0

Qazaxda 2 balıqçı göldə batıb - YENİLƏNİB

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub

Qazax rayonunun Böyük Cəfərli kəndi ərazisindəki Didvan gölündə batan balıqçıların kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, onlar 35-38 yaşlı Ömərov Adil, Mustafayev Elşəndir.

İlkin məlumata görə, balıqçıların olduğu qayıq aşıb. Həmin şəxslərin axtarışları Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri tərəfindən davam etdirilir.

***10:47

Qazaxda 2 nəfər suda boğulub.

"Report"un Qərb bürosunun məlumatına görə, onlar Böyük Cəfərli kəndi ərazisindəki Didvan gölündə batıblar. 

Həmin şəxslərin balıqçı olduqları bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub və balıqçıların axtarışlarına başlanılıb.