PSG klub rekordnu yenilədi
İdman 11 Mar 2018 11:03:00 300 0
Fransa Liqasının 29-cu turunda "Metz"i qəbul edən PSG rəqibi üzərində 5:0 hesablı qələbə qazanıb. Goal.az xəbər verir ki, Kristofer Nkunkunun dubla imza atdığı oyunda 4 qol ilk hissədə vurulub. PSG bu oyundan sonra qolların sayını 146-a çatdırmaqla mövsüm ərzində məhsuldarlıq rekordunu yeniləyib. Öncəki rekord 144 qol idi.
Mənbə: goal.az