Futbol oyunu zamanı helikopter stadiona endi


İdman 11 Mar 2018 10:30:00 360 0

Futbol oyunu zamanı helikopter stadiona endi

Futbol üzrə İngiltərə dördüncü divizionunda "Chesterfield" və "Lincoln City" matçı zamanı azarkeşlərdən birinə yardım göstərmək üçün həkimləri daşıyan helikopter stadiona məcburi eniş edib. Goal.az xəbər verir ki, azarkeş oyun zamanı özünü pis hiss etdiyindən, matç 26-cı dəqiqədə dayandırılıb və futbolçular meydandan çıxarılıb. Matçda 30 dəqiqə fasilə yaranıb. Təcili yardım helikopter stadionunun qazonuna enib və həkimlər azarkeşin həyatını xilas edə bilib. Hazırda azarkeşin vəziyyəti yaxşıdır və onun həyatı üçün heç bir təhlükə yoxdur.