Britaniya siyasi səbəblərə görə dünya çempionatını boykot edə bilər


İdman 11 Mar 2018 10:05:00 311 0

Britaniya siyasi səbəblərə görə dünya çempionatını boykot edə bilər

Rusiya Baş Kəşfiyyət İdarəsinin sabiq polkovniki Serqey Skripal Britaniyanın Solsberi şəhərində zəhərlənib. O, 10 il müddətində krallığın dəyərli casuslarındn biri olub. 2010-cu ildə Skripal Amerikada saxlanılan rus casusları ilə dəyişdirilmişdi.

Martın 4-də sabiq dövlət qulluqçusu və qızı Yuliya sinir sistemini iflic edən qazdan zərər görüb. Goal.az xəbər verir ki, Britaniya rəhbərliyi bu səbəbdən Rusiyada keçiriləcək dünya çempionatını boykot etmək variantını nəzərdən keçirir. Bu addımı koordinasiyalı atmaq üçün Avropanın digər ölkələri ilə də danışıqlar aparılır. Martın 6-da Britaniyanın Xarici İşlər naziri Boris Conson hadisə ilə bağlı danışarkən boykot məsələsinə də işarə vurmuşdu.