Kompüterin insana verdiyi 7 TƏHLÜKƏLİ XƏSTƏLİK


Digərləri 11 Mar 2018 08:30:00 282 0

Kompüterin insana verdiyi 7 TƏHLÜKƏLİ XƏSTƏLİK

Kompüter yəqin ki, son illərdə insan oğlunun icad etdiyi ən faydalı qadjetlərindən biri sayılır. Biz ondan demək olar ki, həyatın bütün aspektlrində istifadə edirik: şəxsi həyatda, işdə, nəqliyyatda, təhsildə, hatta tanışlıq məqsədləri üçün. Çoxumuz ona elə öyrəşmişik ki, vaxtımızın böyük hissəsini onun arxasında keçiririk. Elə buna görə də həyatın necə axıb getidiyinin fərqində olmuruq...

Son.az bu yazıda oxucuları kömpüterin sağlamlığımıza vurduğu 7 zərərlə tanış edir. Yəqin ki, bu 7 xəstəliyi öyrəndikdən sonra onunla münasibətinizə daha fərqli yanaşacaqsınız.

1. Bel əyriliyi

Səbəb: Kompüter istifadəçilərin çoxu bədənin düzgün vəziyyətini nəzərə almır və masa arxasında düz oturmur.

Həlli yolu: Düz oturun və klaviaturaya tərəf əyilməyin. Əmin olun ki, stulun mərkəzi ilə oturursunuz. Kürəyin aşağı hissəsi stulun arxasına söykənməlidir, ayaqlar isə diz nahiyəsindən düz dayanmalıdır. Lazım gələrsə, yastıq istifadə edə bilərsiniz. Əgər ayaqlarınız döşəməyə dəymirsə, onda altına kətil qoyun.

2. Bilək ağrısı

Səbəb: Bilək sindromu siçandan həddindən artıq istifadə zamanı əzələlərin dəfələrlə hərkəti nəticəsində yarana bilər. Klaviatura və siçandan çox istifadənin bilək əzələləri ilə sıx əlaqəsi var.

Həlli yolu: Əllərin və barmaqların düzgün qoyuluşu biləyin yükünü xeyli azalda bilər. Yadda saxlayın ki, dirsəklər 90 dərəcə bucaq altında olmalıdır. Klaviatura isə kifayət qədər yaxın yerləşməlidir ki, əlləriniz ona rahatlıqla toxuna bilsin. İş zamanı bilək və barmaqlar eyni səviyyədə olmalıdır. Əlbəttə ki, işdən əvvəl və sonra biləkləri oynatmağı unutmayın. Vaxtaşırı əllərə istirahət verin.

3. Boyun və çiyin ağrısı

Səbəb: Uzun müddət eyni mövqedə oturmaq boyun və çiyinlərdə ağrı yarada bilər. Bu, qamətin səhv olmasından dolayı da yaranır.

Həlli yolu: Edə biləcəyiniz ən asan iş bədənin qamətinə nəzarət etməkdir. Həmçinin gün ərzində qısa fasilələr vermək lazımdır. Fasilələr zamanı boyun və çiyinlərdə olan ağrıları yüngülləşdirmək üçün hərəkətlər edin. Bu da qan dövranı yaxşılaşmasına kömək edir.

4. Kürək ağrısı

Səbəb: Kompüter arxasında uzun müddət oturmaq ağrıların olmasını qaçılmaz edir. Qamətin pozulması və stress nəticəsində əzələ gərginliyi yaranır və kürək ağrımağa başlayır.