Dəməşqin qəsəbəsi atəşə tutulub, 1 uşaq ölüb, 4 nəfər yaralanıb


Dünya 11 Mar 2018 03:41:44 303 0

Dəməşqin qəsəbəsi atəşə tutulub, 1 uşaq ölüb, 4 nəfər yaralanıb

Terrorçuların hücumuna Cerman qəsəbəsi məruz qalıb

Ötən gün axşam Dəməşqin Cerman qəsəbəsi "Nüsra Cəbhəsi" terror qruplaşması üzvləri tərəfindən minaatanlardan atəşə tutulub.

“Report” xəbər verir ki, bu barədə yerli polis idarəsindəki mənbəyə istinadən SANA agentliyi məlumat yayıb.

Bildirilir ki, minalardan biri Homsi şəhərinə düşüb və nəticədə bir qız uşağı ölüb, daha 4 nəfər yaralanıb.

Yaraqlılar Dahiyət-əl-Əsad dairəsinə də 14 mərmi atıblar. Orada zərərçəkmişlər barədə məlumat yoxdur.