Telefonun enerjisinə qənaət etmək üçün hiylələr


Digərləri 10 Mar 2018 23:55:00 310 0

Telefonun enerjisinə qənaət etmək üçün hiylələr

Xoşbəxtlikdənmi, bədbəxtlikdənmi bilmirik, ancaq mobil telefonlarının bu əsrin əvəzolunmaz cihazına çevrildiyi dəqiqdir. Bu cihazın yüzlərlə üstünlüyü və cəmi bir mənfi cəhəti var: batareyasının enerjisinin tükənməsi. Batareyanın enerjisinin tükənməməsi lazımdır, təcili zəng etməli və ya mail göndərməli olduğunuz hallarda bu hiylələrdən istifadə edin:

Son.az bildirchin.az-a istinadən bildirir ki, diqqət etsəniz, fərqinə varacaqsınız ki, telefonunuzda olan əksər mobil tətbiqlərdən tez-tez bildirişlər gəlir. Sizin üçün vacib olmayan tətbiqlərin bildirişlərini söndürün. Telefonunuzu kənara qoyduğunuz zaman displeyin boş yerə yana-yana qalması gərəksizdir. Cihazın fabrik ayarlarında telefon aktivliyini dayandırdıqdan 1-2 dəqiqə sonra displey sönür. Siz bu zamanı 30-10 saniyəyə qədər qısalda bilərsiniz. Beləliklə, batareyanın enerjisinə xeyli qənaət etmiş olacaqsınız. Wi-Fi, Bluetooth və GPS-i boş yerə aktiv saxlamayın. Ekranın işiğını azaldın. Titrəmə rejimini söndürün. Mobil tətbiqlərin avtomatik olaraq yenilənmə funksiyasını söndürün. 3G-ni 2G ilə əvəz edin. Uçuş rejimini aktivləşdirin. Unutmayın ki, temperatur 0C-dən aşağı olduğu zaman batareya 40-50% enerjisini itirir. Və ən əsası, telefonun əsirinə çevrilməyin. Təbiəti və real ünsiyyəti hər zaman üstün tutun.