Şəxsiyyətli insanın 3 nişanəsi


Digərləri 10 Mar 2018 23:45:00 322 0

Şəxsiyyətli insanın 3 nişanəsi

(Ayətullah Məkarim Şirazinin əxlaq dərslərindən)

İmam Sadiq (ə) buyurur: "Üç şey şəxsiyyətli insanın nişanələrindəndir: gözəl əxlaq, qəzəbi yatızdırmaq, göz yummaq".

Son.az deyerler.org-a istinadən bildirir ki, şəxsiyyətli insan deyiləndə, nəcabətli və alicənab insanlar nəzərdə tutulur ki, cəmiyyətdə bu cür insanlara xüsusi eşq bəsləyirlər. Eyni zamanda, Allah Öz bəndələrini belə görmək istəyir. Bəs bunun üçün lazım olan sifətlər hansılardır?

1. Xoş əxlaq. İnsanlarla yaxşı rəftar etmək, ədəbə riayət etmək - gözəl əxlaqın nümunələrindəndir. Bu insanlar özlərini kontrol edə bilir və ağızlarından çıxan sözün arxasında dururlar. Ona görə də şəxsiyyətli insan elmli olmalıdır ki, gözəl əxlaqını nümayiş etdirə bilsin. Xüsusilə də mənəvi sərmayə çox mühümdür. Gözəl əxlaqın 50%-i gözəl əxlaq və 50 %-i də elmdir.

2. Qəzəbi yatızdıra bilmək. Qəzəb insan daxilindən çıxan bir atəşdir ki, həm sahibini və həm də ətrafda olanları yandırar. Əgər insan onun qarşısını ala bilsə, bu atəş külə çevriləcəkdir.

3. Göz yummaq. Göz yummaq sözünün mənası genişdir. Ancaq bu hədisdə insanların nöqsanlarına və kiçik xatalarına göz yummaq nəzərdə tutulmuşdur.