Qaxa noxud iriliyində dolu yağıb - FOTO


Sosial 10 Mar 2018 23:36:03 360 0

Qaxa noxud iriliyində dolu yağıb - FOTO

Yağıntı 3 dəqiqəyə yaxın davam edib

Bu gün axşam saatlarında Qax rayonuna dolu yağıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, şəhər mərkəzinə yağan dolu qış fəslinə xas olmayan göy gurultusu və şimşək çaxması ilə müşahidə olunub.

Sakinlərin sözlərinə görə, dolu təqribən noxud iriliyində olub və 3 dəqiqə yağıb.

Təsərrüfata dəyən ziyan barədə məlumat yoxdur.

Video əlavə olunur...