Britaniya səfiri İran XİNə çağırılıb


Dünya 10 Mar 2018 23:26:00 288 0

Britaniya səfiri İran XİNə çağırılıb

İranın Xarici İşlər Nazirliyi (XİN) ölkənin Londondakı Səfirliyində baş vermiş etiraz aksiyası ilə bağlı Böyük Britaniya səfirini çağırıb.

Son.az oxu.az-a istinadən bildirir ki, daha əvvəl bildirilib ki, Britaniya polisi cümə günü İranın Londondakı Səfirliyinin eyvanında etiraz aksiyası keçirmiş dörd nəfəri saxlayıb.   

İranın Londondakı səfiri Həmid Baidnecat Səfirliyə hücum olunduğunu təsdiq edib. İran KİV-inin verdiyi məlumata əsasən, Səfirliyə hücum etmiş şəxslərdə bıçaq olub, onlar İranın rəsmi şəxslərinə qarşı şüarlar səsləndiriblər. Səfirin sözlərinə görə, hücum etmiş şəxslər "Britaniya şiələri" cərəyanına aid olublar.