Nərimanov rayonunda 5 otaqlı evdə yanğın olub


Digərləri 10 Mar 2018 23:06:00 284 0

Nərimanov rayonunda 5 otaqlı evdə yanğın olub

Bakı şəhərində 5 otaqlı evdə yanğın olub.

Son.az Trend-ə istinadən bildirir ki, paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları yanın.

Yüksək temperaturdan 4 otağın lambirdən ibarət tavanı 86 m² sahədə əriyib. Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. ​