Dost odur ki, səhvini sənin üzünə desin


Digərləri 10 Mar 2018 22:10:00 288 0

Dost odur ki, səhvini sənin üzünə desin

Məsumlarımızın (ə) nəzərinə görə, hər bir müsəlman başqa müsəlman qardaşının aynasıdır və ona görə də əgər onda nöqsan və səhv görərsə, mütləq onu deməli və qarşısını almağa çalışmalıdır. Əks halda, onun xeyirini istəməmiş kəslərdən olar.

Son.az deyerler.org-a istinadən bildirir ki, ancaq çox təəssüf ki, müasir zamanda tənqid və nəsihət kimi əməllərə heç də yaxşı münasibət bəsləmirlər. Bu da bizim əxlaqi naqisliyimizdən irəli gəlir.

İmam Sadiqin (ə) buyuruşuna görə, ən yaxşı dost o kəsdir ki, onun səhvini üzünə deyər. Yəni, bu tənqid dosta edilən ən dəyərli hədiyyə hesab olunur.

Əmirəl-möminin (ə) buyurur: "Sənin ən pis (din) qardaşın o kəsdir ki, səninlə ikiüzlü rəftar edər. Eybini səndən gizlədər".