Gün ərzində nə qədər duz qəbul etmək olar?


Digərləri 10 Mar 2018 21:55:00 320 0

Gün ərzində nə qədər duz qəbul etmək olar?

Çoxlu duz qəbul etmək təzyiqdən əziyyət çəkən insanlara ziyandır. Bu, hətta düzgün həyat tərzi keçirən təzyiqli adamlara da aiddir.

Son.az novator.az-a istinadən bildirir ki, Böyük Britaniyanın London İmperiya Kolleci və ABŞ-ın Şimal-Qərb Universiteti alimlərinin apardığı araşdırma bunu təsdiqləyib.

Mütəxəssislər bir neçə il ərzində 4 mindən çox insanın qida rasionunu araşdırıblar. Həmin adamlar 40-59 yaş arasında olub. Qida rasionunda qan təzyiqini aşağı salan məhsulların (C vitamini ilə ilə zəngin meyvə-tərəvəz, lif və omeqa-3-doymamış yağ turşuları da daxil olmaqla) miqdarı da tədqiqata cəlb edilib.

İştirakçıların səhhəti, sidik nümunələrində kalium və natrium ionlarının konsentrasiyası, həmçinin insanların çəkisi və arterial təzyiqi də analizdən keçirilib.