Qaşları qalınlaşdıran təbii vasitələr


Digərləri 10 Mar 2018 21:35:00 278 0

Qaşları qalınlaşdıran təbii vasitələr

Son bir neçə ildir ki, qalın, təbii qaşlar təbiiliyin simvoluna çevrilib. SaqlamHeyat.Az ailem.az-a istinadən təbii yollarla qalın qaşlara sahib olmağın yollarını göstərir.

Mixək

Mixəyi qaşlarınızı doldurmaq üçün istifadə edə bilərsiniz. Mixəyin arxa hissəsini yandırın. Bu zaman qara rəng əldə edəcəksiniz. Bunu qara rəngli qaşlara çəkərək, doldura bilərsiniz. Bununla qələm və boya kimi qaş köklərin hava almasını əngəlləyən vasitələrdən qoruna bilərsiniz.

Sarımsaq

Milli.A saqlamheyat.az-a istinadən bildirir ki, bir az qoxulu olacaq bilirik, amma istifadə etməkdə fayda var. Çox bilinən və tez-tez istifadə edilən bu vasitə qaş köklərini gücləndirərək daha sağlam bir görünüş əldə etməyinizi təmin edəcək. 1 diş sarımsağı soyun, əlinizlə iki hissəyə bölün, tüklər çıxan istiqamətdə suyunu çıxardaraq sürtün.

Sonra kiçik bir pambığın köməyi ilə qaşlarınıza təbii zeytun yağı sürtərək yuyun. Səhər yuxudan durduqda üzünüzü yaxşıca yuyun. Sarımsaq qoxusu sizi bir az narahat edə bilər, bunun yerinə sarımsaq yağı sürtmək daha məsləhətlidir.