Biləsuvarda poçtdan seyfin oğurlanması ilə bağlı bəzi təfərrüatlar məlum olub - TƏFƏRRÜAT


Sosial 10 Mar 2018 21:11:00 278 0

Biləsuvarda poçtdan seyfin oğurlanması ilə bağlı bəzi təfərrüatlar məlum olub - TƏFƏRRÜAT

Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır

Biləsuvar rayonunda poçtdan edilmiş oğurluqla bağlı təfərrüatlar məlum olub.

“Azərpoçt” MMC-dən "Report"un Aran bürosuna verilən məlumata görə, hadisə martın 7-si axşam saatlarında baş verib.

Bildirilir ki, Biləsuvar rayon Ağalıkənd Poçt şöbəsinin yerləşdiyi binanın pəncərəsi naməlum şəxslər tərəfindən qırılıb və içəridə olan sənədlər (qəbzlər) və 60 manat nağd pul olan seyf oğurlanıb.

Martın 8-də Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları Ağalıkənd Poçt şöbəsinin yaxınlığından zədələnmiş, ancaq ağzı bağlı olan seyfi taparaq, Biləsuvar rayon Poçt filialına təhvil veriblər.

Naməlum şəxslər Poçt şöbəsindən apardıqları seyfin içərisində olan sənədləri və pul vəsaitini oğurlaya bilməyiblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***14:21

Biləsuvar. 10 mart.