Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının həkim-cərrahı saxlanılıb


Sosial 10 Mar 2018 20:58:34 311 0

Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının həkim-cərrahı saxlanılıb

Onun barəsində həbs qətimkan tədbiri seçilib

Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının həkim-cərrahı saxlanılıb.

"Report"un yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər sakini Elxan Heydərov işdən çıxıb evə gedərkən tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.

Həkimin hansı səbəbdən saxlanıldığı barədə hələ ki, heç bir məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.