Qida borusu daralan xəstə riskə getdi


Digərləri 10 Mar 2018 20:55:00 248 0

Qida borusu daralan xəstə riskə getdi

Qida borusu yanığı nəticəsində qidalanması mümkün olmayan P.M. 8 ay ərzində müxtəlif tibb müəssisəsinə üz tutsa da, onu narahat edən xəstəliyə şəfa tapılmayıb. Həkimlər təcili əməliyyat aparılmasının vacibliyini bildirsələr də, onlardan heç biri bu ağır və məsuliyyətli işin altında girməyib. Həmin əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzində yerinə yetirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Mərkəzdən verilən məlumata görə, xəstə əvvəllər başqa xəstəxanalarda müalicə almasına baxmayaraq, qida borusunda yenidən problemlər yaranmağa başlayıb. Tədricən daralma baş verməsi nəticəsində qida qəbul etmək mümkün olmayıb. Müraciət etdiyi digər mərkəzlərdə xəstənin yaşamaq ehtimalının çox az olduğunu bildirsələr də, riskli olduğu üçün açıq əməliyyatdan imtina ediblər. Mərkəzin ümumi cərrahı Ilqar İsmayılov və döş qəfəsi cərrahı Elmar Məmmədovun birgə icra etdikləri əməliyyat uğurla nəticələnib.