İnsanın həyatda 3 dostu. İslamda dostluğun meyarları


Digərləri 10 Mar 2018 20:45:00 237 0

İnsanın həyatda 3 dostu. İslamda dostluğun meyarları

Əmirəl-möminin (ə) buyurur: "Müsəlman insanın üç dostu olar:

1. O dost ki, deyər mən həyatda və ölümdə həmişə səninlə olacağam - o, sənin yaxşı əməlindir.

2. O dost ki, deyər mən ölənə qədər səninlə olacağam - o, sənin mal və sərvətindir ki, öləndən sonra miras veriləcəkdir.

3. O dost ki, deyər mən qəbrə qədər səninləyəm - o, övladlarındır ki, qəbrin kənarında səndən ayrılacaq və səni buraxacaqlar".

Son.az deyerler.org-a istinadən bildirir ki, mübarək dinimiz insanın dostluqda güclü və səmimi olmasını istəyir. İmam Əli (ə) buyurub: "Qardaşın (səninlə) dostluqda səndən güclü olmasın".

Dostluğun davamlı olması insaf, mehribanlıq, səmimilik kimi amillərə bağlıdır. İmam Sadiq (ə) buyurub: "Qardaşlar öz aralarında üç şeyə möhtacdırlar ki, əgər onları yerinə yetirsələr dostluqları davamlı olacaq, əks halda isə bir-birlərindən ayrılacaq və düşmən olacaqlar. Həmin üç şey bunlardır: bir-birinə qarşı insaflı olmaq, bir-birinə qarşı mehriban olmaq və bir-birinə paxıllıq etməmək".

Müqəddəs dinimizin nəzərində dostluq - ən böyük sərmayələrdən biridir. Allahın Peyğəmbəri (s) buyurub: "Müsəlman şəxs İslamın xeyrini əldə etdikdən sonra, Allaha görə əldə etdiyi dost kimi bir xeyir əldə etməyib".

Dostluğun meyarı kimi isə Uca Allaha görə olan dostluq göstərilir. Belə ki, Əzəli və Əbədi olan Allaha bağlantı, bağlanan amillləri də daimi edir. İmam Əli (ə) buyurub: "Allaha görə dostluq edənlərin dostluqları davamlı olar, çünki həmin dostluğa səbəb olan amil həmişə mövcuddur".

Dostluqda səmimiyyət şərtdir. Əgər insan sizinlə dostluqda səmimi deyilsə, bu münasibətlər mənfi nəticələnəcəkdir. İmam Əli (ə) buyurub: "Hansısa bir işə görə səninlə dostluq edən kəs həmin işə nail olduqdan sonra, sənə arxa çevirər".

Digər yerdə İmam Əli (ə) buyurub: "Dostluq və məhəbbətləri qəlblərdən soruşun. Çünki qəlblər - rüşvət qəbul etməyən şahidlərdir".

Dostluq - qarşılıqlı səmimi hisslərə bağlı olan münasibətdir. İmam Baqir (ə) buyurub: "Qardaşının qəlbində sənə olan məhəbbətini, sənin öz qəlbində ona qarşı olan məhəbbətdən başa düş".