Kişilər niyə məşuqəyə ehtiyac duyur?


Digərləri 10 Mar 2018 20:35:00 601 0

Kişilər niyə məşuqəyə ehtiyac duyur?

Kişilərin xəyanətinin səbəbini tez-tez qadınlarda görürlər. Ailə qurduqdan sonra qadınlar özlərinə diqqət edə bilmir, uşaq doğulduqdan sonra kişilərə az diqqət ayırırlar ki, bunlar da kişilərin xəyanətinə rəvac verir. Gəlin sizinlə birlikdə aydınlaşdıraq: kişilərin xəyanətində yalnız qadınlar günahkardırlarmı və bu xəyanətin qarşısını necə ala bilərik.

Kişilər ona görə xəyanət edirlər ki, onlar özlərinə bunu etməyə icazə verirlər və xəyanətlərinə görə cəmiyyətimiz onları mühakimə etmir, hətta çox vaxt onları bağışlayır. Hesab edilir ki, kişilərə seks daha çox lazımdır. Əgər evdə onları təmin edə bilmirlərsə, onlar asanlıqla kənarda məşuqələr tapırlar.

Milli.A saqlamheyat.az-a istinadən bildirir ki, belə hallarda bəzi qadınlar ya ayrılmağa üstünlük verir və yaxud sakitcə dözür və həyat yoldaşının onu tamamilə tərk etmədiyinə görə sevinirlər.

Nəzərə alanda ki, qadınlar həm yaxşı ana, həm yaxşı evdar qadın, həm də yataqda seksual tərəfdaş olmalıdır, amma hərdən bu vəzifələrin hamısının öhdəsindən gəlməyə demək olar ki, qadının gücü çatmır.