Bakıda xalça istehsalı emalatxanasının tikintisi üçün 2 milyon manat ayrılıb


İqtisadiyyat 10 Mar 2018 20:07:24 242 0

Bakıda xalça istehsalı emalatxanasının tikintisi üçün 2 milyon manat ayrılıb

Bu məbləğə müəssisənin təchizatı və infrastrukturunun yaradılması da daxildir

Prezident İlham Əliyev Sabunçu rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sənədə görə, Sabunçu rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərxalça” ASC-yə 2 milyon manat ayrılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək,Maliyyə Nazirliyinə isə sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək göstərişi verilib.