"Sumqayıt"dan növbəti qələbə


İdman 10 Mar 2018 19:18:00 217 0

"Sumqayıt"dan növbəti qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir görüşü keçirilib.

Goal.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması "Bayıl Arena”da debütant "Səbail”lə "Sumqayıt” arasında oynanılıb. Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 69-cu dəqiqədə Amil Yunanov vurub. Bununla o qollarının sayını 8-ə çatdıraraq, Mahir Mədətovla birgə bombardirliyə şəriklik edir.

Bununla da, "Sumqayıt" xallarını 31-ə çatdıraraq, 4-cü pillədə möhkəmlənib. İndi "gənclik şəhəri" təmsilçisi 3-cü yerdə gedən "Zirə"dən cəmi 1 xal geri qalır. "Səbail" isə 17 xalla 6-cı pillədə qərarlaşıb.

Tura saat 19:00-da start götürən "Qarabağ" - "Zirə" matçı ilə yekun vurulacaq.

İlk oyun günündə "Qəbələ" səfərdə "Kəpəz"i 1:0, "Neftçi" evdə "Keşlə"ni 3:2 hesabı ilə yenib.