Şabranda meyiti tapilan şəxsin elektrik cərəyani vurmasi nəticəsində öldüyü məlum olub


Digərləri 10 Mar 2018 19:44:29 209 0

Şabranda meyiti tapilan şəxsin elektrik cərəyani vurmasi nəticəsində öldüyü məlum olub

Martın 3-də Şabran RPŞ-nə rayonun Xəlifələr kəndi yaxınlığındakı dağlıq ərazidə bir gəncin meyiti tapılması haqda məlumat daxil olub.

Bakı. Martın 3-də Şabran RPŞ-nə rayonun Xəlifələr kəndi yaxınlığındakı dağlıq ərazidə bir gəncin meyiti tapılması haqda məlumat daxil olub. Trend-ə qurumdan verilən məlumata əsasən, Məlumatla əlaqədar RPŞ-nin əməkdaşları hadisə yerində olub, müvafiq əməliyyat-axtarış tədbirləri keçiriblər. Araşdırmalarla meyitin fevral ayının 26-da itkin düşən 2000-ci il təvəllüdlü Əzimov Elton Siyasət oğluna məxsus olması müəyyən olunub. Hadisə ilə bağlı Şabran Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb.