Bu 4 əngəli aşın,


Digərləri 10 Mar 2018 19:35:00 282 0

Bu 4 əngəli aşın,

Siz də davamlı "Bu mənim ağlıma gəlmişdi" , "Mənim fikrimi oğurlayıblar" kimi cümlələr qurmaqdan bezmədinizmi? Əslində bizə bu cümlələri qurduran təşəbbüskar dostlarımızı bizdən fərqli edən çox da bir fərqli şey yoxdur. Biraz özünə güvən, biraz disiplin, biraz cəsarət olmağı yetərlidir. Amma ən önəmlisi yola çıxmaq üçün ilk addımı atarkən neqativ düşüncələrdən qurtulmuş və bir müddət ərzində psixoloji əngəlləri aşmış olmalısan. Bəs nədir bu əngəllər? Bir fikri həyata keçirmə ərəfəsində bizə nələr əngəl olur?

1) Uğursuzluq qorxusu

Son.az bizplus.az-a istinadən bildirir ki, uğursuzluq qorxusu ədəbiyyatlarda fobiya olaraq deyilir. Atçifobia deyilən uğursuzluq qorxusu başqalarının uğursuz olacağınız vəziyyətdə sizin haqqınızda nə düşündükləri ilə bağlı narahatlıq, sizə dəyər verən insanları ümidlərini puç etmək, gələcəyinizi  yaxşı qurmamaq mövzusunda sizi daima qorxu altında saxlayır. Səhvlərimizlə və özümüzlə üzləşərək bütün bu narahatlıqlara bir əlvida deyə bilməliyik. Bugünün dünyasına yön verən yüzlərlə uğurlu təşəbbüskar səhv etməyinin və uğursuz olmağın bugünki uğurlarındaki ən böyük pay sahibi olduğunu söyləyir. Hətta böyük bir qismi, " Ən başda uğursuz olmasaydım əsla bacarmazdım" deyir. Uğursuzluq həyatın bir parçasıdır və bəzən bacarmaq üçün ona ehtiyacımız vardır. Bunu əsla unutmayın.

2) Mükəmməliyyətçilik

Mükəmməliyətçilik, ilk başda müsbət kimi görünməsinə baxmayaraq, əslində, mümkün olmayana çatmaq cəhdidir. Adam həm səhv etməmək həm də hər zaman ən yaxşısına nail olmaq istəyir. Bu səbəbdən mütəxəssislər, mükəmməliyətçiliyin çox vaxt yaxşı xüsusiyyət deyil də bir xəstəlik olduğunu və həyat keyfiyyətini  aşağı saldığını deyir.

3) Fikri paylaşmamaq