Azərbaycanda gömrük, ədliyyə və miqrasiya xidməti işçilərinin


Digərləri 10 Mar 2018 19:37:00 269 0

Azərbaycanda gömrük, ədliyyə və miqrasiya xidməti işçilərinin

Sözügedən şəxslərin aylıq vəzifə maaşları martın 1-dən orta hesabla 10 faiz artırılıb

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinin (DGK) xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Son.az "Report"a istinadən bildirir ki,sərəncama görə, sözügedən şəxslərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin də aylıq vəzifə (tarif) maaşları martın 1-dən etibarən orta hesabla 10 faiz artırılıb.