Bakıda polis müstəntiqi faciəvi şəkildə öldü


Digərləri 10 Mar 2018 18:30:00 209 0

Bakıda polis müstəntiqi faciəvi şəkildə öldü

Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi bədbəxt hadisə nəticəsində ölüb. 

Son.az-ın report-a istinadən xəbər verir ki,  25 yaşlı Mirzəli Cavid Ədalət oğlu ilkin məlumata görə, küçə ilə hərəkət edərkən yıxılıb. Nəticədə onun başı səki daşına dəyib və o, vəfat edib.

Mərhum doğulduğu Biləsuvar rayonunun Çaylı kəndində dəfn edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, C.Mirzəli Polis Akademiyasını qırmızı diplomla bitirərək, baş leytenant rütbəsi alıb.