Uşaq bağçasından oğurluq edən şəxs saxlanılıb


Digərləri 10 Mar 2018 15:39:50 223 0

Uşaq bağçasından oğurluq edən şəxs saxlanılıb

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bakı. Martın 9-na keçən gecə Sumqayıt şəhəri 34-cü məhəllənin ərazisindəki uşaq bağçalarının birindən oğurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub. DİN-dən Trend-ə verilən məlumata görə, hadisə yerinə gələn Sumqayıt ŞPİ 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla bağçadan 2 ədəd televizor, noutbuk, tozsoran və DVD oğurlandığı məlum olub.