Millətlər Liqasının finalı harda keçiriləcək?


İdman 10 Mar 2018 13:18:00 250 0

Millətlər Liqasının finalı harda keçiriləcək?

İtaliya, Polşa və ya Portuqaliya 2019-cu ilin iyununda Millətlər Liqasının final mərhələsinin keçirilməsinə öz maraqlarını ifadə ediblər.

Goal.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Qaydalara əsasən, Millətlər Liqasının final mərhələsi "A" liqası qruplarının qaliblərindən birinin meydanlarında keçiriləcək. İtaliya, Polşa və Portuqaliya A3 qrupuna düşüb. Əgər hər üç ərizə tələblərə uyğun gələrsə, 2018-ci ilin dekabrında UEFA-nın İcraiyyə Komitəsi qalibi final turnirinin sahibi kimi təsdiq edəcək.

Final turniri tutumu azı 30 min olan iki stadionda keçiriləcək. Onların hər ikisinin bir şəhərdə olmasına və ya bir-birindən 150 km. məsafədə olmasına üstünlük veriləcək.

Millətlər Liqasının yarımfinalları 2019-cu ilin 5 və 6 iyun tarixlərinə, üçüncü yer uğrunda oyun və final isə iyunun 9-na planlaşdırılır.