"Bu yolla jurnalistikaya aidiyyəti olmayanların mediaya daxil edilməsinin qarşısı alınar"


Digərləri 10 Mar 2018 12:58:49 249 0

"Bu yolla jurnalistikaya aidiyyəti olmayanların mediaya daxil edilməsinin qarşısı alınar"

Mətbuat Şurası Azərbaycan jurnalistikası üçün faydalı işləri ilə yadda qalıb və qarşıdakı dövrdə də jurnalistikanın inkişafı üçün səmərəli fəaliyyət göstərəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə Azərbaycan jurnalistlərinin bu gün keçirilən VII qurultayında çıxışı zaman deyib.

V.Rəhimzadə jurnalistlərə vahid kartın verilməsi ilə bağlı səsləndirilən fikirləri dəstəklədiyini bildirib: "Bununla jurnalistikaya aidiyyəti olmayan insanların mediaya daxil edilməsinin qarşısı alınar. Bəzən həbsaxanada olan, jurnalistikaya aidiyyəti olmayan insanlara jurnalist vəsiqəsi verirlər, sonra da bundan qarayaxma məqsədilə istifadə edirlər. Bunun qarşısı alınmalıdır".