Dövlət qulluğuna qəbul üzrə müsahibədə namizədlərdən 54 faizi iştirak etməyib


Digərləri 10 Mar 2018 12:37:55 185 0

Dövlət qulluğuna qəbul üzrə müsahibədə namizədlərdən 54 faizi iştirak etməyib

Dövlət İmtahan Mərkəzi (DİM) 11 və 26 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə günlük yekun məlumatı açıqlayıb.

Bakı. Dövlət İmtahan Mərkəzi (DİM) 11 və 26 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə günlük yekun məlumatı açıqlayıb. DİM-dən Trend-ə verilən məlumata görə, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə və Mingəçevir regional bölmələri də daxil olmaqla 12 müxtəlif yerdə təşkil edilib. Gün ərzində keçirilməsi nəzərdə tutulan 95 müsahibədən 38-i baş tutmuş, 57 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən baş tutmayıb. Müsahibədə iştirak etmiş namizədlərdən 18-i iddia etdiyi vəzifəyə uyğun hesab edilib. Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.