Azərbaycan mebel idxalını 16% artırıb


İqtisadiyyat 10 Mar 2018 12:29:35 247 0

Azərbaycan mebel idxalını 16% artırıb

Azərbaycan 13,447 mln. dollarlıq mebel və onun hissələrini idxal edib

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 13,447 mln. ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu isə ötən ilin müvafiq dövründən 15,9%, yaxud da 1,842 mln. dollar çox olub.

Hesabat dövründə mebel idxalının Azərbaycanın ümumi idxalında payı cəmi 0,93% olub.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə isə mebel və onun hissələri ümumi idxalda 1,19% pay təşkil edib.