Əflatun Amaşov: Mediaya dövlət dəstəyinin artırılmasına ehtiyac var


Digərləri 10 Mar 2018 11:08:00 250 0

Əflatun Amaşov: Mediaya dövlət dəstəyinin artırılmasına ehtiyac var

Mətbuat Şurası (MŞ) yarandığı 15 il ərzində hakimiyyət, media və cəmiyyət münasibətlərinin tənzimlənməsinə xidmət edib.

Bakı. Elçin Mehdiyev – Mətbuat Şurası (MŞ) yarandığı 15 il ərzində hakimiyyət, media və cəmiyyət münasibətlərinin tənzimlənməsinə xidmət edib. Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin VII qurultayında hesabat məruzəsi ilə çıxışı zamanı deyib. Ə.Amaşov bildirib ki, medianın maddi-texniki bazası, jurnalistlərin mənzillə təminatı ilə bağlı bir çox addımlar atılıb: "Mətbuat Şurasının VI qurultayından sonrakı illər mediaya dövlət dəstəyi baxımından uğurlu illər olub. Buna görə də dövlət başçımız İlham Əliyevə təşəkkür edirik". O qeyd edib ki, VI qurultaydan bu vaxta qədər Şuraya 3145 şikayət daxil olub. 2213 şikayət həllini tapıb, 932-si razılığa gəlinmədiyindən Şuranın müxtəlif komissiyalarına göndərilib: "Şikayətlərdən 159-u Reketçiliklə mübarizə komissiyasında araşdırılıb. "Reket jurnalistika" ilə bağlı araşdırmanın 104-ü ilə bağlı yekun rəy qəbul edilib. Ümumilikdə 231 qərar çıxarılıb, 68 cavabdehə xəbərdarlıq edilib, 134 halda media nümayəndələrinə etinasızlıqla bağlı xəbərdarlıq edilib”.