Azərbaycanın dövlət sərhədini pozan əcnəbilər saxlanıldılar FOTO


Digərləri 10 Mar 2018 11:09:00 255 0

Azərbaycanın dövlət sərhədini pozan əcnəbilər saxlanıldılar  FOTO

Dövlət Sərhəd Xidməti tərəfin­dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

Qurumdan Son.az-a verilən məlumata görə, martın 8-9 -da DSX əməkdaşlarının sayıq­lığı və peşəkarlığı sayəsində 3 halda dörd nəfər əcnəbi və bir nəfər Azərbaycan vətəndaşı tərəfindən dövlət sər­hə­dinin pozulmasının qarşısı alınmışdır.

Martın 8-də Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan İran istiqa­mətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Şri-Lanka vətəndaşı - 1988-ci il təvəllüdlü Sinnaiyappilai Dadees, 1982-ci il təvəllüdlü Sinnaiyappilai Jagatheesan, 1995-ci il təvəllüdlü Jeevathasan Ashuimi sərhəd pozucusu qismində saxlanılıb.

Həmin tarixdə Şəmkir sərhəd dəstəsinin xidməti ərazisində Gürcüstandan Azərbaycan isti­qamətində dövlət sərhədini pozmuş 1999-cu il təvəllüdlü Buka­vadze Sara Röv­şən qızı sərhəd pozucusu qismində saxla­nılıb.


Xəbərə aid fotolar