BMTnin Suriyaya göndərdiyi ərzaqların içindən qurd çıxdı KİV


Dünya 10 Mar 2018 10:51:00 268 0

BMTnin Suriyaya göndərdiyi ərzaqların içindən qurd çıxdı  KİV

Birləşmiş Millətlər Təşkilatının Suriyaya yardım məqsədi ilə göndərdiyi ərzaqların içərisindən qurd çıxıb

.

Son.az bildirir ki, bu barədə məlumatı Türkiyənin "Yeni Şafak" qəzeti yayıb. Məlumatda göndərilən ərzaqlarının çoxunun son istifadə tarixinin keçməsi və pis qoxu gəlməsi də qeyd olunub.

Qeyd edək ki, Dəməşq ətrafındakı Şərqi Qutanın Suriya ordusu tərəfindən bombalanması və çoxlu sayda qadın və uşağın ölümü dünya ictimaiyyətində ciddi narahatlıq doğurub. BMT Təhlükəsizlik Şurası fevralın 24-də Suriyada 30 günlük atəşkəs rejiminin tətbiqi və ölkə ərazisində humanitar əməliyyatların aparılmasına dair qətnamə qəbul edib.

Sənəd humanitar yardımları çatdırmaq, yaralı və ağır xəstələrin tibbi təxliyəsini həyata keçirmək üçün münaqişənin bütün tərəflərindən toqquşmaları azı 30 gün müddətinə dərhal dayandırmağı və humanitar fasiləni təmin etməyi tələb edir.