Əli Həsənov: "Azərbaycan dövlətini heç kim, heç zaman məğlub edə bilməz"


Siyasət 10 Mar 2018 10:52:00 237 0

Əli Həsənov: "Azərbaycan dövlətini heç kim, heç zaman məğlub edə bilməz"

Azərbaycan dövlətini heç kim, heç zaman məğlub edə bilməz. Heç kim Azərbaycan dövlətini aşağılaya bilməz, dövləti heç kim milli prinsiplərdən, ideyalardan çəkindirə bilməz.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Mətbuat Şurasının VII qurultayında çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib: "Biz Azərbaycanın dövlət başçısı və onun iradəsi ilə güclüyük. Dövlətimizin təhlükəsizliyini təmin edən milli ordumuzla güclüyük. Azərbaycan qələm sahibləri - jurnalistlərlə güclüdür".