Azərbaycanın dövlət sərhədini pozan əcnəbilər saxlanıldı (FOTO)


Digərləri 10 Mar 2018 10:35:00 228 0

Azərbaycanın dövlət sərhədini pozan əcnəbilər saxlanıldı (FOTO)

Dövlət Sərhəd Xidməti tərəfin­dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirili

Bakı. Samir Əli - Dövlət Sərhəd Xidməti tərəfin­dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir. Qurumdan Trend-ə verilən məlumata görə, martın 8-9 -da DSX əməkdaşlarının sayıq­lığı və peşəkarlığı sayəsində 3 halda dörd nəfər əcnəbi və bir nəfər Azərbaycan vətəndaşı tərəfindən dövlət sər­hə­dinin pozulmasının qarşısı alınmışdır. Martın 8-də Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan İran istiqa­mətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Şri-Lanka vətəndaşı - 1988-ci il təvəllüdlü Sinnaiyappilai Dadees, 1982-ci il təvəllüdlü Sinnaiyappilai Jagatheesan, 1995-ci il təvəllüdlü Jeevathasan Ashuimi sərhəd pozucusu qismində saxlanılıb.