Binədə gənc oğlan naməlum şəraitdə bıçaqlanıb


Sosial 10 Mar 2018 08:39:28 268 0

Binədə gənc oğlan naməlum şəraitdə bıçaqlanıb

Yaralı hadisənin necə baş verdiyini xatırlamayıb

Bakının Xəzər rayonu ərazisində orta yaşlı kişi bıçaqlanıb.

"Report" xəbər verir ki, Binə qəsəbəsinin "Donuzçuluq sovxozu" kimi tanınan ərazisində 1988-ci il təvəllüdlü Heydərov Orxan Mənsim oğluna iki bıçaq zərbəsi vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib. O, ilkin dindirilmə zamanı hadisənin necə baş verdiyini xatırlamayıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.