İranın Britaniyadakı səfirliyinə hücum olub VİDEO


Dünya 10 Mar 2018 08:38:00 294 0

İranın Britaniyadakı səfirliyinə hücum olub  VİDEO

Səfirlik binasına daxil olanların əllərində dəyənək və bıçaq olub

Londonda 4 nəfər İran səfirliyinin eyvanında etiraz aksiyası keçirdiyinə görə saxlanılıb

Son.az "Report"a istinadən bildirir ki, bu barədə cümə günü axşam Skotland-Yardın nümayəndəsi məlumat yayıb.

"Mən təsdiq edə bilərəm ki, 4 nəfər eyvanda nümayiş keçirdiyinə görə, saxlanılıb. Hadisə təqribən 18.40 radələrində baş verib " - deyə həmsöhbət bildirib.

O, hadisənin hər hansı bir təfərrüatları barədə məlumat verməkdən imtina edib və saxlanılanların adlarının yalnız onlara qarşı ittham irəli sürüləcəyi təqdirdə açıqlanacağını əlavə edib.