Abşeronda polis mayorunu avtomobil vurub


Sosial 10 Mar 2018 08:09:04 228 0

Abşeronda polis mayorunu avtomobil vurub

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Abşeron rayonunun Xırdalan şəhərində yolu keçən polis əməkdaşını maşın vurub.

"Report" xəbər verir ki, hadisə 1979-cu il təvəllüdlü Rüstəmov Xəyyam Yusif oğlu M.Hüseynzadə küçəsində yerləşən "Araz" marketin qarşısından yolun digər tərəfinə keçən zaman baş verib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis mayoru X.Rüstəmov Abşeron Rayon Polis İdarəsində müstəntiq kimi fəaliyyət göstərir.

Faktla bağlı sözügedən idarədə araşdırma aparılır.