2019cu ildə Ayda 4G şəbəkəsi qurulacaq


Digərləri 10 Mar 2018 08:05:00 257 0

2019cu ildə Ayda 4G şəbəkəsi qurulacaq

"Vodafone" və "Nokia" şirkətləri 2019-cu ildə Ayda 4G mobil şəbəkəsini qurmaq niyyətindədir.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu məqsədlə Yerin peykinə "çəkisi şəkər qutusundan az" xüsusi avadanlıq göndəriləcək.

Məhz bu qurğu vasitəsilə yüksək dəqiqlikli məlumat axını Ayın landşaftından Yerə ötürüləcək. Şəbəkə ilə göndərilən videolar və digər məlumatlar missiyanın Berlindəki idarəetmə mərkəzinə Ayda gəzən iki "Audi" aparatını idarə etməyə imkan verəcək.