Yeni iPad Pronun buraxılış tarixi və qiyməti bilindi


Digərləri 10 Mar 2018 07:33:00 406 0

Yeni iPad Pronun buraxılış tarixi və qiyməti bilindi

"Apple" şirkətinə yaxın mənbələrə istinad edən ABŞ jurnalistləri yeni "iPad Pro" planşet kompüterinin buraxılış tarixini və qiymətini açıqlayıblar.   Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, planşetin yenilənmiş versiyasının iyunda "WWDC 2018" sərgisində ictimaiyyətə təqdim olunması planlaşdırılır.   Bildirilir ki, hazırda ABŞ şirkəti qabaqcıl yubiley "iPhone X" smartfon modelinin satışının aşağı səviyyədə olmasından narahatdır. Vəziyyəti yoluna qoymaq üçün yeni planşetin buraxılışına zərurət yaranıb.   Bu ilin sentyabrında satışa çıxarılması nəzərdə tutulan yeni "iPad Pro" planşeti iki variantda - 6,1 və 9,7 düym diaqonallı versiyada təqdim ediləcək. Modellərin qiymətinin 259-749 dollar arasında dəyişəcəyi qeyd olunur.