Yasamalda yolu keçmək istəyən piyadanı maşın vurub


Sosial 10 Mar 2018 07:08:53 277 0

Yasamalda yolu keçmək istəyən piyadanı maşın vurub

Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırıb

Bakının Yasamal rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, "10-LP-771" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobil Şərifzadə küçəsində yolu keçmək istəyən 1986-ci il təvəllüdlü Əmiraslanov Emin Nazir oğlunu vurub.

Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.