Paytaxtdakı çay evində ofisiantı cərəyan vurub


Sosial 10 Mar 2018 04:23:34 296 0

Paytaxtdakı çay evində ofisiantı cərəyan vurub

Hadisə "Aura" çay evində qeydə alınıb

Paytaxtın Nəsimi rayonunda yerləşən iaşə obyektində bir nəfər bədbəxt hadisə nəticəsində xəsarət alıb.

"Report"un xəbərinə görə, "Aura" çay evində ofisiant işləyən 1982-ci il təvəllüdlü Abbasov Azər Akif oğlu iş görən zaman onu yüksək gərginlikli elektrik cərayanı vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.