Bu sürücüyə 15 min 300 manat cərimə yazılıb? VİDEO


Digərləri 09 Mar 2018 23:30:00 320 0

Bu sürücüyə 15 min 300 manat cərimə yazılıb?  VİDEO

128 dəfə radara düşən sürücü nəhayət saxlanılıb.

Son.az bildirir ki, həmin sürücü Sumqayıt sakini Şahmar Mustafayevdir. Onu bir neçə gün əvvəl paytaxtın Səbail rayon dövlət yol polisi əməkdaşları saxlayıblar. Şahmar Mustafayevə bildirilib ki, ödənilməmiş cərimələri var buna görə avtomobili müvəqqəti duracağa aparılıb.

Sürücü iddia edir ki, ona elektron qaydada 15 min 300 manatlıq cərimə protokolları yazılıb və ona bu cərimələrlə bağlı heç bir məktub gəlməyib. Şahmar Mustafayev onu da bildirir ki, müvəqqəti etibarnamə ilə idarə etdiyi avtomobil qohumunun adınadır, hətta onun da ünvanına məktub gəlməyib. O, həmçinin bu protokolların çoxunda şəkillərin eyni olduğunu da iddia edir.

Sürücü məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib. İdarədə araşdırma aparılarkən ona bildiriblər ki, 128 dəfə radara düşüb və bunun çoxu da Bakı-Sumqayıt yolunda qeydə alınıb.