Praqada 22 qeyri-qanuni miqrantı daşıyan furqon aşkar edilib


Dünya 09 Mar 2018 23:27:16 329 0

Praqada 22 qeyri-qanuni miqrantı daşıyan furqon aşkar edilib

Onlar Almaniyaya getməyi planlaşdırıblar

Çexiya polisi cümə günü Praqa yaxınlığında Almaniyaya getmək niyyətində olan 22 İraq, Suriya və Türkiyə vətəndaşının olduğu kiçik yük furqonunu saxlayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə polis nümayəndəsi Yaroslav İbeqey deyib.

"Maşına 18 böyük və 4 uşaq doluşmuşdu. Qadınlardan biri hamiləliyin son mərhələsində olduğundan, polis hadisə yerinə dərhal həkim çağırıb. Saxlanılan qeyri-qanuni miqrantlar əcnəbilərlə iş üzrə polisə təhvil verilib. Qaçqınların yönləndirilməsi ilə məşğul olduğu ehtimal edilən 3 təşkilatçının işinə məhkəmədə baxılacaq", — sdeyə İbeqey bildirib.